Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-06-2021, 19:19)
Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır - Ceyhun Bayramov

 Biz reallığa fokuslanmalıyıq. Reallıq isə belədir: müstəqillik qazandıqdan bəri ilk dəfədir ki, Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün unikal şans yaranıb. Niyə ilk dəfə deyirəm? Çünki artıq ortada işğal faktı yoxdur”.
"Mediatv.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRT “World”ə müsahibəsində deyib.
Nazir xatırladıb ki, BMT-nin dörd qətnaməsinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
“Ortada təxminən 30 illik düşmənçilik, işğal, itkilər, müharibənin ağır nəticələri var. Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq. Bilirsiniz, bu bizim üçün asan deyil, çünki yaddaş, baş verənlərin hamısı təzədir. Bununla belə Azərbaycan Prezidenti münasibətlərin normallaşmasının lazım olduğunu bildirib. Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz bunu təklif edirik. Ermənistandan da bu səviyyədə siyasi iradə və real addımlar gözləyirik”, - deyə XİN başçısı qeyd edib.шаблоны для dle 11.2

Xəbər lenti
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
27 08 2025
27 08 2025
27 08 2025