Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-06-2021, 18:27)
"İsrail Azərbaycana elə bənzərsiz cihaz verəcək ki, minalar bir anda AŞKAR OLUNACAQ"

"İsrail Azərbaycana elə bənzərsiz cihaz verəcək ki, minalar bir anda
“Ermənilər mina xəritələrini Bakıya təqdim etmir ki, mümkün qədər çox azərbaycanlı ölsün. Onların məqsədi Azərbaycanın mülki əhalisinə bacardıqca ziyan vurmaqdır. Bu bütün beynəlxalq konvensiyaların pozulması və aşkar terorizmdir”.

"Mediatv.az" xəbər verir ki, bu sözləri İsrailli tarixçi, politoloq Mixail Finkel deyib.

Yəhudi ekspertin sözlərinə görə, ermənilər qəsdən yolları, məzarlıq və mülki obyektləri minalayıblar ki, daha çox insan ölsün. Elə Kəlbəcərin Susuzluq kəndində baş verənlər də bunun isbatıdır:

“Məndə olan məlumata görə, Qarabağın minalardan təmizlənməsi üçün İsrail Azərbaycana ən müasir texnikaları təqdim etmək istəyir və bu istiqamətdə işlər gedir. Bu avadanlıqlar vasitəsilə dronlar minaların basdırıldığı yerin koordinatlarını operatorlara yollayır və avtomatik olaraq mina xəritəsi əldə olunur”.

Erməni kilsəsinin tarixən regional konfliktlərin mərkəzində olduğunu xatırladan tarixçi onlarda dinlə terrorun paralel fəaliyyətinə də toxunub. Finkel bildirib ki, erməni kiləsəsi İsa peyğəmbərin siyasətini aparmır:

“Çünki İsa Məsih hətta düşmənləri sevməyi öyrədiridi. Erməni kilsəsinin siyasəti isə düşmənçilik, hərb, nifrət üzərində qurulub”.

Sonda “Azərtac”a müsahibəsində Ermənistandakı siyasəti vəziyyətdən danışan Mixail Finkel orada ürəkaçan irəliləyişin yoxluğunu qeyd edib.

Əlavə edib ki, uşaqlara körpəlikdən mənfi keyfiyyətlər – işğal, Bakıya tanklarla girmək, guya Asiyanın bütünlüklə ermənilərə aid olması kimi yalanlar aşılananda Ermənistanın gələcəyi barədə yaxşı heç nədən danışmaq olmur:

“Çünki bu ideyalara Hitler Almaniyasında rast gəlinirdi. Lakin II Dünya savaşından sonra qalib müttəfiqlər faşizm və nasizm ideologiyasını Almaniyada aradan qaldırdı. Almanlara insani dəyərlər təbliğ olundu, bərabərlik və humanitar hüquq öyrədildi.

Qorxuram ki, Ermənistanda bunların heç biri həyata keçirilməyəcək”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024