Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-06-2021, 16:06)
Dünyanın gözlədiyi görüş: - Ərdoğan və Bayden nəyi razılaşdıracaq?

Dünyanın gözlədiyi görüş:
ABŞ dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Filip Riker ötən gün Azərbaycana səfərinin yekunlarına və Prezident İlham Əliyevlə danışıqlara dair Bakıda mətbuat konfransı keçirib.

Jurnalistlərlə görüşdə F.Riker Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda ABŞ üçün Azərbaycan ilə əməkdaşlıqda prioritet əhəmiyyət kəsb edən məsələlər üzrə danışıqlar aparıldığını söyləyib.

Bununla yanaşı, diplomat Türkiyənin ABŞ-ın yaxın müttəfiqi olduğunu və iki ölkənin əməkdaşlıq məsələlərinin Bayden və Ərdoğanın qarşıdakı görüşünün diqqət mərkəzində olacağını xüsusi vurğulayıb:

“Bizim aramızda fikir ayrılığı var, ancaq biz onları diplomatik yollarla həll edirik”.

İyunun 14-də Türkiyə və ABŞ prezidentləri NATO-ya üzv ölkələrin zirvəsində görüşəcəklər.

Cebhe.info ilə görüşdən gözləntilərlə bağlı fikirlərini bölüşən politoloqların fikrincə, Türkiyə və ABŞ arasında olan fikir ayrılıqları o qədər də böyük deyil.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə Yaxın Şərqdə regional gücdür:

“ABŞ-Türkiyə münasibətlərini kökündən zədələdən elə bir prinsipial fikir ayrılıqları yoxdur. Türkiyə-ABŞ arasında iliqlaşma prosesi gedir. ABŞ başa düşür ki, Türkiyə Yaxın Şərqin regional gücüdür. Türkiyə özünü NATO-nun möhkəm üzvü hesab edir, həmişə NATO ilə birgə davranır. Ətrafında türk dünyasının dövlətləri var. Türkiyə bu gün super dövlətlər səviyyəsinə qalxacaq bir potensiala malikdir. Baydenin həm seçki ərəfəsində, həm də seçkidən sonrakı çıxışlarında Türkiyənin ünvanına səsləndirdiyi fikirlər öz əhəmiyyətini itirib. Pentaqon “F-35” qırıcı təyyarələrini Türkiyəyə satmaqdan imtina etdi. Türkiyə özü də qırıcı təyyarələri almaq istəmədiyini bəyan edib, çünki təyyarədə müəyyən nöqsanlar var. Üstəlik “S-400” məsələsində də Türkiyə bəyan edib ki, müəyyən kompromisə gedə bilərik. O kompromislər içində “S-400”-lərin Azərbaycana satılması kimi variant da var. Bunlardan başqa, Türkiyə-ABŞ arasında ciddi fikir ayrılığı yaradacaq məsələ qalmayıb”.

Politoloq Pünhani Əsgərlinin sözlərinə görə isə, ABŞ və Türkiyə prezidentlərinin görüşündə ortadakı fikir ayrılıqlarının aradan qaldıracaq qərarlar qəbul edilməyəcək:

“Türkiyə ABŞ üçün Yaxın Şərqdə İsraildən sonra ən yaxın müttəfiq ölkədir. Hər ölkə arasında fikir ayrılığı ola bilər. Hər ölkənin öz maraqları var və fikir ayrılıqlarının yaranması normaldır.

Bu fikir ayrılıqlarını gərginlik adlandıra bilmərik. Türkiyə-ABŞ arasında gərginlik yoxdur. Bəzi məsələlərdə dediyim kimi, fikir ayrılıqları var. Fikir ayrılıqları da Suriyada kürd məsələsi, iqtisadi məsələlər, demokratiya və söz azadlığı kimi məsələlərdədir. Bu fikir ayrılıqlarının da aradan qaldırılması üçün prezidentlərin görüşünün çox böyük əhəmiyyəti var. Düşünmürəm ki, görüş bir neçə saat çəkər. Bu görüş xüsusi hazırlanmış bir proqram çərçivəsində keçiriləcək. Görüşdə bütün məsələlərin danışılıb, fikir ayrılıqların ortadan qalxacağını da düşünmürəm. İqtisadi məsələləri bir neçə saata həll etmək olar, amma siyasi münasibətlərə uzun zaman lazımdır. Ona görə də hesab etmirəm ki, bu görüşdə hər şey danışılıb və həll olacaq. Prinsipial mövzularda ilkin razılıqlar əldə edilə bilər”.
шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024