Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-06-2021, 19:00)
Laçında növbəti təxribat! - “Bu dəfə zərbə daha sarsıdıcı olacaq!”

Laçında növbəti təxribat!
Bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Erməni terrorçularının növbəti təxribatını “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, baş verənlər bir daha onu göstərir ki, Ermənistan Azərbaycana qarşı kəşfiyyat-diversiya qruplarının fəaliyyətinə fasilə vermək niyyətinə deyil:

“Xatırladım ki, bundan əvvəl mayın 27-də Ermənistandan göndərilən iki kəşfiyyat-diversiya qrupunun 6 nəfər üzvü silahlı qüvvələrimiz tərəfindən həbs edilib, istintaq orqanlarına təhvil verildi. Bütün bunlar onu göstərir ki, Ermənistan növbəti dəfə Azərbaycan tərəfindən “dəmir yumruğu” almaq üçün əlindən gələn fəaliyyətləri əsirgəmir. Ordusu darmadağın vəziyyətdə olan Ermənistanın səbir kasamızı daşırmağa cəhd etməsini məsləhət bilməzdim. Əks halda bu dəfə düşmənin alacağı zərbə daha ağrılı-acılı və sarsıdıcı olacaq!”.
шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024