Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-05-2021, 16:25)
Dmanisidə soydaşlarımıza hücum! “Təxribatın ssenarisi əvvəlcədən hazırlanıb” – Erməni “izi”...

Dmanisidə soydaşlarımıza hücum! “Təxribatın ssenarisi əvvəlcədən hazırlanıb”
“Əvvəllər də bir neçə dəfə belə hallar olmuşdu. Amma Dmanisidəki insident daha genişmiqyaslı idi”.
Bu sözləri “Şərq TV”nin “Düzünü deyək” verilişinin növbəti efirində ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Onun fikrincə, toqquşma ssenarisi əvvəlcədən yazılıb:
“Məndə olan məlumata görə, hücum edən adamlar əvvəlcədən prosesə hazır olublar. Üzlərindəki maskalar da bunu sübut edir. Və bu, ciddi şübhə yaradır. Hər halda Azərbaycanın xüsusi xidmət orqanları araşdırma aparmalıdırlar”.

N.Cəfərli, həmçinin şübhəyə əsas verən digər məqamı açıqladı:

“Hadisənin baş verdiyi Başkeçid rayonu Ermənistanla sərhəddir. Ermənstanın xüsusi xidmət orqanları illərdir ki, orada müxtəlif proseslərlə məşğuldurlar. Onlar məişət səviyyəsində olan problemləri siyasiləşdirməyə çalışırlar. Hazırda rəsmi İrəvan elə düşünür ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər onun üçün təhdiddir. Gürcüstan isə öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından, Zəngəzur dəhlizinin açılacağından narahatdır. Kommunikasiya xəttlərinin açılmasının həm də Gürcüstanın özünə faydalı olduğunu qonşumuza başa salmalıyıq”.
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024