Siyasət (17-05-2021, 16:25)
“Dmanisidə vəziyyəti gərginləşdirmək istəyirlər, azərbaycanlılar qardaşlarımızdır” - Gürcü nazir

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisiyə gedib.
APA-nın yerli bürosunun xəbərinə görə, Dmanisidə jurnalistlərə açıqlama verən nazir qanun pozuntusuna yol verən hər kəsin sərt şəkildə cəzalandırılacağını deyib.
"Ötən gün baş verənlər olduqca təəssüf doğurur. Biz dünən araşdırmalara başladıq. Kimliyindən asılı olmayaraq qanunu pozanlar ən sərt şəkildə cəzalandırılacaqlar. Azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır. Onlar əsrlərdir birgə yaşayıblar, onlar bizim qardaşlarımızdırlar. Bu məsələ etnik münaqişə kimi qəbul edilməməlidir. Etnik azərbaycanlılar hər şeydən əvvəl bizim vətəndaşlarımızdırlar. Azərbaycan bizim strateji tərəfdaşımız, müttəfiqimiz, qonşumuz və dostumuzdur. Biz buna imkan verməməliyik. Məsələnin etnik olduğunu deyənlər ölkəmizin düşmənidirlər və vəziyyəti gərginləşdirmək istəyirlər”, - deyə daxili işlər naziri vurğulayıb.
Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025