Siyasət (25-02-2014, 12:50)
“Mən bunu şər-böhtan hesab edirəm”
Milli Məclis üzvü Zahid Oruc bu gün parlamentdəki çıxışında son günlər Fətullah Gülənlə bağlı mediada yayılan məsələlərdən danışıb.
Onun sözlərinə görə, F.Gülənlə əlaqədar problemləri Azərbaycana da təkrarlamaq istəyənlər var: “Guya parlament üzvləri arasında da kimlərsə F.Gülənlə əlaqədardır, onların “qara mühasibatlığından” ödənişlər alır. 20-dən artıq parlament üzvünü bu cür əsassız ittiham etmək, gülənçiləri guya təşkilatlanmış qüvvə kimi qələmə vermək düzgün deyil. Mən bunu şər-böhtan hesab edirəm. Əslində, onların Azərbaycan gənclərinin bir qrupuna layiqli təhsil verməkdən savayı xüsusi iddiaları yoxdur. Süni quraşdırılmış məsələni Azərbaycana gətirib gərginlik yaratmağın əleyhinəyəm”.
Spiker Oqtay Əsədov deputatın sözlərinə “özünüz deyirsiz ki, sünidir, şərdir, onda niyə bunu parlament müstəvisində qaldırırsınız” deməklə şərh verdi. Sədr bildirdi ki, bu, heç parlamentdə danışılası məsələ deyil.