Siyasət (18-01-2021, 17:30)
“Ermənilərin dəstəklənməsi Fransa-Türkiyə münasibətlərinə zərər vurdu”
“Anadolu” agentliyi “Türkiyə- Fransa münasibətlərində tarix təkrarlanır?” başlıqlı məqalə dərc edib.
“Mediatv.az” xəbər verir ki, iki ölkə arasındakı münasibətlərə tarixi kontekstdə yanaşılan məqalədə Qarabağ məsələsinin ikitərəfli münasibətlərə təsirinə də yer verilib.
Siyasi analitik Yıldız Deveci Bozkuşun müəllifi olduğu məqalədə bildirilib ki, Fransa-Türkiyə münasibətlərinin müasir mərhələsində Dağlıq Qarabağ məsələsi xüsusi yer tutub.
“Dağlıq Qarabağ müharibəsinin davam etdiyi müddətdə Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmaq istəmiş, ancaq bu tələb rədd edilmişdi.
Müharibə əsnasında Makronun prosesin əvvəlindən etibarən Ermənistanın yanında yer almış olması və xüsusən döyüşlərin davam etdiyi günlərdə Fransada Türkiyə və Azərbaycana qarşı təbliğat fəaliyyətlərinə göz yumulması da iki ölkə əlaqələrinə zərər vurdu. Ancaq Fransanın Ermənistana olan dəstəyində tarixi köklərlə yanaşı, günümüzdə Fransada yaşayan çox sayda erməni mənşəli Fransa vətəndaşının böyük təsirinin olduğunu unutmamalıyıq.
Bu çərçivədə erməni diasporunun təkcə Fransada deyil, bir çox Qərb ölkəsində də böyük təsir gücünün olduğunu xatırlatmaqda fayda var.
Fransadakı erməni diasporunun mövcud gücünü siyasi arenada uzun illər ərzində aktiv istifadə etdiyi məlumdur. Fransadakı ermənilər dünyadakı erməni diasporunun ən güclü və ən aktiv olduğu ölkələr sırasında birincidir”.