Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-12-2020, 15:40)
“Düşmən təxribatı təkrarlanarsa...” – Qəti addım

 “Hadrutda baş verən hadisələr Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur”.

Bu sözləri “Mediatv.az”a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, 10 noyabr Bəyanatına baxmayaraq, erməni silahlılar davamlı olaraq təxribat törədirlər:

“Erməni quldurlarının ardıcıl təxribatı və əsgərlərimizi şəhid etməsi cəmiyyətdə ciddi rezonansa səbəb olur. Görünən odur ki, bu kimi halların təkrarlanma ehtimalı var. Müdafiə Nazirliyi konkret mövqeyini bildirdi və bəyan etdi ki, gələcəkdə belə hallar təkrarlanarsa, çox sərt cavab veriləcək. Hazırda Ermənistan rəhbərliyi proseslərə nəzarət etmək imkanını itirib. Qarabağın dağlıq hissəsində müəyyən dəstələr var ki, onlar yenidən təxribat törətməyə cəhd edirlər. Əlbəttə, məsuliyyəti birbaşa Ermənistan dövləti daşıyır. İrəvan hökuməti bölgədə bu cür təxribatlara qətiyyən yol verməməlidir. Çünki yaşananlar ümumi anlaşmanın prinsiplərinə zərbə vurur”.

Parlament üzvü də qeyd edib ki, Rusiya sülhməramlıları proseslərə ciddi nəzarət etməlidir:

“Qarabağda bütün qeyri-leqal qüvvələrin silahsızlaşdırılması prosesinə başlanmalıdır. Qanunsuz dəstələr bölgədən birdəfəlik çıxarılmadıqca belə arzuolunmaz olayların şahidi ola bilərik.

Azərbaycan cəmiyyəti olayları yaxından izləyir. Ona görə də əhalinin haqlı narahatlığını başa düşmək lazımdır. Çünki 10 noyabr anlaşmasına görə, silah yerə qoyulmalı, proseslərin yeni siyasi mərhələsi başlanmalıydı. Ancaq baş verənlər üçtərəfli Bəyanata zərbə vurmaqdadır. Rusiya tərəfi hadisənin araşdırıldığını dedi. İnanırıq ki, növbəti günlərdə belə hallar təkrarlanmayacaq. Təkrar olacağı halda Azərbaycan qəti mövqeyini sərgiləyəcək.

Ermənistan daxilində və Qarabağda müəyyən revanşist qüvvələr var. Onlar 10 noyabr Bəyanatına Ermənistan rəhbərliyinin imza atmasını satqınlıq kimi qiymətləndirirlər. Təəssüf ki, erməni xalqı baş verənlərdən düzgün nəticə çıxartmır”.

C.Məmmədov əlavə edib ki, biz çox böyük iş görmüşük, hərb yolu ilə torpaqlarımızın böyük hissəsini düşməndən azad etmişik, üç rayonumuzu isə savaşsız geri almışıq:

“Hazırda qələbə günlərini yaşayırıq. Təxribatlar zamanı da mümkün qədər soyuqqanlı və qətiyyətli hərəkət etməliyik. Emosiyaya qapılmaq, təfərrüatı bilmədən məsələlərə rəy vermək, manipulyasiya etmək düzgün deyil. Dövlət qurumları proseslərə adekvat reaksiya verir və zəruri addımları atırlar. Narahatlığa ciddi əsas yoxdur”.шаблоны для dle 11.2

Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024