Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-02-2014, 17:06)
Müsavatın Divan üzvü: “İsa Qəmbər başqan olmayacaq”

Müsavatın Divan üzvü: “İsa Qəmbər başqan olmayacaq”

 

“Şayiələr yayırlar ki, guya İsa Qəmbər başqanlıqdan getmək istəmir, buna görə də qurultay məsələsi gecikdirilir. Müsavat Partiyası nizamnaməsinə sadiq qalır. Burada İsa Qəmbərin iradəsi əsasdır”

 

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, Müsavat funksionerləri, sıravi partiya üzvləri İsa Qəmbərin başqan kimi qalmasını istəyirlər:
“İsa bəy isə bu məsələdə prinsipial mövqe sərgiləyir. O, nizamnaməyə uyğun olaraq, 3-cü dəfə namizədliyini vermək niyyətində deyil. Ona görə də bu məsələ partiya daxilində həll edilmiş hesab olunur. Qurultaydan sonra İsa bəy partiyanın üzvü olaraq qalacaq”.
T.Abbaslı qeyd edib ki, nizamnamədə dəyişikliklər edilsə, də, İsa Qəmbər namizədliyini irəli sürməyəcək:
“Nizamnamədə dəyişikliyi qurultay edə bilər. Hər qurultayda nizamnaməyə əlavə və dəyişiklər olur. Amma bu bəndlə bağlı inanmıram ki, dəyişiklik edilsin. 600-ə yaxın qurultay nümayəndəsi var, ola bilər, səsvermə yolu ilə həmin müddəa dəyişsin. Müddəa dəyişilsə belə, İsa Qəmbərin namizədliyini irəli sürəcəyinə inanmıram”.

 

Qeyd edək ki, Müsavat Partiyası mayın 24-də VIII qurultayını keçirməyi planlaşdırır. Partiya qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024