Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (21-02-2014, 17:32)
Turqut Özalın bağbanı Amerika səfirinin agenti imiş- CASUS EHTİRASLARI

 

1980-ci illərdə baş nazir olan Turqut Özalın yataq otağı, masası, telefonu, iş otağının divarları dinləmə cihazları ilə dolu idi. Görülən tədbirlər kifayət etməyəndə isə T.Özal əhəmiyyətli danışıqları ya dənizdə, ya avtomobildə, ya da bağçasında edirdi.

 Mediatv.az –ın "Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, dinləmə cihazlarından zərər çəkən siyasətçilərdən biri də mərhum prezident T.Özal idi.

 

"O, ən çox dinlənilən liderlərdən biri oldu. Baş nazirliyin rəsmi iqamətgahındakı yataq otağından, masasından, telefonundan, otağındakı divarlardan dinləmə cihazları çıxdı. Özal görülən tədbirlər kifayət etməyəndə, mühafizəçiləri ilə soyunub dənizə girir, sükan arxasına keçib qonaqları ilə şəhəri gəzir, ikitərəfli danışıqları bağçada edirdi. Danışıqlarının gizli qalmasına çox diqqət yetirırdi. MİT-ə iqamətgahda axtarış aparmaq üçün göstəriş verdi. Bəzi divarlardan səs gəlirdi. "Qoy qalsın” dedi. Bilirdi ki, yenidən yerləşdirəcəklər. Ən yaxşısı dinləmə cihazları ilə yaşamağa alışmaq idi”, - "Sabah” yazır.

 

Qəzet bildirir ki, mərhum prezidentin MİT-dən şübhələndiyi vaxtlar da olub:"MİT mütəxəssisləri dinləmə cihazlarını çıxararaq yerinə yenilərini qoya bilərdimi? Axtarışların aparılması üçün xüsusi elektronik şirkətin işçiləri çağırıldı. Bu da kömək etmədi. Dinləmə cihazları bağçadakı dibçəklərdən tapıldı. Bağban ABŞ səfirliyinin bağbanı ilə dost idi. Güllər də oradan alınırdı. Bağban işdən çıxarıldı”.

 

T.Özal avropalı liderlərlə, Səddam Hüseyn və Müəmmər Qəzzafi ilə görüşə gedəndə qaldığı otellərdə dinləmə cihazları tapıldı. 1989-cu ildə prezidentliyə namizədliyi müzakirə edildiyi bir vaxtda, prezident Kenan Evrenin onu dinlədiyindən şübhələndi. K.Evre Özalın namizəd olmasını istəmirdi. Özal ailəsi bu məsələdə ona dəstək vermişdi. Amma Özal prezidetliyə namizəd olmağı  düşünmədiyini söylədi. Özal iki gün sonra Evre ilə görüşmək üçün Köşkə getdi. Nazirlərdən biri Özalı qarşılayaraq "Düzgün qərarı vermisiniz. Prezidentliyə namizədliyiniz partiya üçün problem ola bilər” dedi. Özal artıq onun Evre tərəfindən dinlənilməsinə əmin idi

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024