Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-04-2020, 14:40)
“Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır” - Sergey Lavrov

 "Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var".
Mediatv.az xəbər verir ki, bu barədə Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa" zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib.
“Qəbul edilmiş qətnamələr məlum sənədlərdir. Onlar hərbi əməliyyatların qızğın dövründə qəbul edilib və hər şeydən əvvəl hərbi əməliyyatların tamamilə dayandırılmasını və danışıqlara keçilməsini nəzərdə tutub. Qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqini tapıb. Eyni zamanda, sənədlərdə müharbəni dayandırmaq və danışıqlara keçmək çağırışı da olub.
O vaxtdan bəri biz dəfələrlə danışıqlara başlamışıq, özü də müxtəlif formatlarda. Amma indi danışıqların Bakı-Yerevan, ATƏT-in Minsk qrupunun üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi formatı müəyyən edilib. Bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılığa gəlmək tələbini təcəssüm etdirən faydalı və yaxşı formatdır”, - S.Lavrov deyib.шаблоны для dle 11.2

Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024