Karusel (Bu gün, 17:46)
Qaxın həbs edilən icra başçısı ilə bağlı ŞOK FAKTLAR
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil olub. Məlumata görə, Musa Şəkiliyev baş nazirin köməkçisi Əhməd Əhmədzadənin, həmçinin Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Mübariz Əhmədzadə ilə Əhməd Əhmədzadə qardaşdır.
Qeyd edək ki, Musa Şəkiliyev 2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi həbs edib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətlərində şübhəli bilinir.
Məlumata görə, vəzifəyə təyin olunduğu vaxtdan Musa Şəkiliyev indiyə qədər mənfi əməlləri ilə dəfələrlə mətbuatın gündəminə gəlib.
Barəsində yayılan faktlar göstərir ki, Musa Şəkiliyev təkcə dövlət vəzifəsində uzun müddət çalışması ilə deyil, həm də vətəndaşlara qarşı saymazyana münasibəti və qohumluq əlaqələri ilə diqqəti çəkib.
Qeyd edək ki, 1959-cu il sentyabrın 23-də Qax rayonunda anadan olan Musa Şaban oğlu Şəkiliyev 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, sonra Rostov vilayətinin Novoçerkassk şəhərində yerləşən Novoçerkassk Mühəndis-Meliorasiya İnstitutuna daxil olub. 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası üzrə ali təhsilini başa vuraraq əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi başlayıb. Növbəti illərdə müxtəlif dövlət vəzifələrində çalışıb, o cümlədən İlisu Dövlət Qoruğunun direktoru, Qax Meşə Təsərrüfatının direktoru və Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifələrdə olub.
2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Musa Şəkiliyev uzun illər bu postu tutub. Lakin onun fəaliyyəti əsasən, neqativ hallarla yadda qalıb.
Musa Şəkiliyev tanınmış məmurlarla yaxın qohumluq əlaqələrinə malikdir. O, Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Qeyd edək ki, Əhməd və Mübariz Əhmədzadələr qardaşdır.
Şəkiliyevin tənqidə tuş gəlməsinə səbəb olan ən bariz nümunələrdən biri 2024-cü il mayın 20-də baş verib. Həmin gün Uzuntala kəndində keçirilən səyyar qəbul zamanı icra başçısı və onun ətrafındakı vəzifəli şəxslər kölgədə yerləşdirilmiş rahat stullarda oturduqları halda, görüşə gələn kənd sakinləri, əsasən də yaşlı insanlar günəşin altında saatlarla gözləməli olublar. Daha da acınacaqlısı odur ki, yaşlı kənd sakinləri bağçalarda istifadə olunan uşaq stullarında əyləşdiriliblər. Bu xoşagəlməz görüntü sosial şəbəkələrdə geniş yayılıb və ciddi ictimai narazılıq doğurub.

İcra başçısının sərgüzəştləri bununla da bitmir. 2021-ci ildə müğənni Vüqar Muradov Musa Şəkiliyevi istefaya çağırıb. Müğənni feysbuk paylaşımında bildirib ki, icra başçısı şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın” deyib. Vüqar Muradovun sözlərinə görə, Musa Şəkiliyev şəhid ailələri və qazilər üçün ayrılan pulları mənimsəyib.
O da qeyd olunur ki, rayona rəhbərlik etddiyi 15 il müddətində Musa Şəkiliyevin müxtəlif vəzifələrə təyinatları rüşvət qarşılığında apardığı, rayona ayrılan pulları mənimsədiyi, eləcə də qulluq mövqeyindən istifadə edərək, rayonda və ölkənin digər ərazilərində xeyli biznes obyektləri açdığı və mülklər aldığı bildirilir.
Məsələn, mediada yer alan iddialara görə, Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi qaliblərindən biri “RENAT-R” MMC adlı şirkət olub. Şirkət 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi Qaxda qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bundan başqa, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır.
Bundan başqa rayondan olan 40-a yaxın fermerin şikayəti də bir müddət mətbuatda gündəm oldu. Onların bildirdiyinə görə, icra başçısı "dövlət maraqları"nı əsas gətirərək fermerlərə məxsuz minlərlə hektar torpaqları özünə məxsus MMC-yə verib.
Bundan başqa, zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponsionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz”, “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resort” beş ulduzlu otel, “Ulu dağ” turizm mərkəzlərinin Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nəzarətində olduğuna dair iddialar var.(Bakupost)

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025