Siyasət (27-03-2020, 17:09)
İlham Əliyevdən fərman: bu mallar vergidən azad edildi

Mediatv.az xəbər verir ki, fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilsin:
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
28. 3926200001 - Baxillər
29. 4015190001 - Steril və qeyri-steril əlcəklər
30. 6307909801 - Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar
2. Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025