Siyasət (22-01-2019, 11:37)
Millət vəkili AŞPA-da erkən nikahlar problemindən danışdı

Mediatv.az xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında sərbəst debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva söyləyib.
Deputat bildirib ki, iqlim dəyişikliyi, ifrat yoxsulluq, urbanizasiya, maliyyə böhranı, ərzaq və enerji çatışmazlığı, miqrasiya kimi yeni qlobal çağırışlarla mübarizə parlamentariləri bir araya gətirir:
“Amma əsas məsuliyyətlərdən biri olan ailənin qorunub saxlanması diqqətdən kənarda qalır. Ailə təkcə cəmiyyətin əsas qrupu deyil, həm də davamlı, sosial, iqtisadi və mədəni inkişafın əsas təməlidir. Ailənin bir hissəsi olmaq insanı gərgin işləməyə, rahatlığını və təhlükəsizliyini onun rifahı üçün qurban verməyə təşviq edir. Ailə siyasəti dövlət siyasətinin əsas istiqamətlərindəndir”.
Ü.Ağayeva qadınların əmək bazarlarında iştirakını dəstəkləyən, ailə maraqlarına xidmət edən siyasət aparılmasının zəruriliyini vurğulayaraq deyib.
“Əmək bazarında hər iki cins üçün bərabər şərtlər qoyulmalıdır. Qidalanma, yoxsulluq, gender bərabərsizliyi kimi problemlərin uzunmüddətli həllinə nail olmaq üçün bu, əsas məsələdir”, - deyən deputat valideyn məzuniyyəti, ailə ilə iş arasında balans yaradan, vaxtın səmərəli idarə edilməsi, davranış qaydaları, ailə müavinətlərini təmin edən siyasətə ehtiyac olduğunu diqqətə çatdırıb.
Erkən nikah problemini xatırladan deputat qeyd edib ki, bu, insan hüquqlarının pozulmasıdır və problemin əsas səbəblərindən biri təhsilə məhdud çıxışın olmasıdır.
Ailənin sosial sabitlik, iqtisadi tərəqqi, sülh və davamlı inkişaf üçün son dərəcə vacib amil olduğunu vurğulayan Ü.Ağayeva gender bərabərliyinə nail olmaq, ədalətli cəmiyyət qurmaq üçün ailəni gücləndirmək istiqamətində proqramların həyata keçirilməsinin, siyasət yürüdülməsinin və onların monitorinqinin aparılmasının vacib rol oynadığını diqqətə çatdırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025