Siyasət (7-01-2019, 17:00)
Moskva və Bakı yüksək səviyyəli parlamentlərarası komissiya yaradacaq

Mediatv.az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi Bakıdakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Konfrans zamanı Rusiya və Azərbaycan parlamentləri arasında yüksək səviyyəli komissiyanın yaradılması ilə bağlı sənədin imzalanması gözlənilir.
Komissiyanın yaradılması ilə bağlı təklifi Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ötən ilin iyununda Bakıya səfəri zamanı səsləndirmişdi. 2018-ci ilin sentyabrında isə Rusiya Dövlət Dumasının nümayəndə heyəti vitse-spiker Sergey Neverovun rəhbərliyi ilə Azərbaycana səfər etmişdi.
Məsələ ötən ilin oktyabrında Antalyada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasındakı görüşdə də müzakirə edilib.
Tərəflər Azərbaycan və Rusiya parlamentləri arasında birgə komissiyaların yaradılması ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025