Siyasət (12-10-2018, 15:30)
Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb
Milli Məclis deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən həm Rusiya Dövlət Dumasının sədrinə, həm də digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlanıb.
Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.
Ə.Hüseynli qeyd edib ki, bu müraciəti həm o, həm də Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin imzalayacaq:
"Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitə sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi".
