Siyasət (28-05-2018, 10:00)
Sabah Xəzəryanı dövlətlər Tehranda toplanacaq
28-29 may tarixlərində Tehranda Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi sahəsində əməkdaşlıqla bağlı sammit keçiriləcək.
Mediatv.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Liman və Yükdaşıma Təşkilatının rəhbəri Əli Əkbər Mərzban mılumat yayıb. O bildirib ki, sammitin gündəliyində təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün dənizdə axtarış və xilasetmə mexanizminin effektivliyinin artırılması, gəmilərə nəzarət üçün hüquqi imkanlardan istifadə edilməsi məsələləri durur.
Mərzban Xəzəryanı ölkələrlə qarşılıqlı memorandumların bağlanacağını da əlavə edib.
Qeyd edək ki, bundan əvvəlki sammit Aşqabadda keçirilmişdi.
