Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-09-2014, 18:38)
Rusiyanın yeni Xəzər həmləsi

Rusiya prezidentinin köməkçisi ölkəsi üçün çox həssas məslədən danışıb

 

  Xəzəryanı ölkələr hələ ki, Transxəzər boru kəmərlərinin tikinti rejimi üzrə razılığa gələ bilməyiblər. 
ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, bu məsələ sentyabrın 29-da Həştərxanda keçirilməsi nəzərdə tutulan Xəzər sammitində müzakirə ediləcək. 
Bu məsələ Moskva üçün həmişə aktual olub. Daha öncə keçirilmiş sammitdə keçmiş Rusiya prezidenti Dmitri Medvedev bu məsələnin ölkəsi üçün çox aktual olduğunu vurğulamışdı və Rusiyadan xəbərsiz çəkilən istənilən kəməri hətta hərbi müdaxilə yolu ilə dayandıra biləcəklərini söyləmişdi. Moskvanın sammit öncəsi məsələni yenidən gündəmə gətirməsi Xəzəryanı ölkələrə bu məsələ ilə bağlı mövqelərini xatırlatmaq məqsədi daşıyır. Rusiya bu addımı atmaqla Türkmənistan qazını Transxəzər qaz kəməri ilə Avropaya daşımaq istəyən Qərbin niyyətlərinin üzərindən xətt çəkir. 
Yuri Uşakovun bu gün verdiyi başqa bir bəyanatı isə birbaşa Qərbə ünvanlanıb. Onun sözlərinə görə, Xəzəryanı beş dövlət (Rusiya, İran, Qazaxıstan, Azərbayjan, Türkmənistan) Xəzərdə regiondankənar dövlətlərin hərbi qüvvələrinin buraxılmaması barədə razılığa gəliblər. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024