Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (27-06-2014, 16:40)
“Övladlarım evdə Fətullah Güləndən danışmayıb“

“Bağlanan liseylərdə təhsil alan uşaqlar ortalıqda qalmamalıdır. O uşaqlar Azərbaycanın sərvətidir”

 

ANS-in məlumatına görə, bunu deputat Fəzail Ağamalı Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz" kurslarının bağlanmasına etiraz edən valdideynlərə və şagirdlərə cavab olaraq deyib.
O, qeyd edib ki, Təhsil Nazirliyi bununla bağlı ciddi addımlar atmalıdır: “Nazirlik bizim səsimizi eşitməlidir”.
Daha sonra F.Ağamalı türk liseylərinin Fətullah Gülənə məxsus olması barədə yayılan məlumatlara da münasibət bildirib: “Bu məktəblərin Ərdoğanın Azərbaycan səfəri və Fətullah Gülənlə əlaqədər olaraq bağlanması barəsində heç nə bilmirəm. Problemlərə görə bu məktəblərin bağlanması barədə qərar qəbul edilib”.
F.Ağamalı dövlət orta məktəblərində təhsilin səviyyəsinin aşağı olduğunu söyləyib və valideynlərə öz məsləhətlərini verib: “Mən həmin bağlanan məktəblərə görə etiraz edən valideynlərə uşaqlarını özəl məktəblərə qoymaları ilə bağlı məsləhət vermişəm. "Xəzər" və “Azərbaycan-Avropa” tipli özəl məktəblər var. “Çağ öyrətim” kimi bu məktəblər də özəldir. Mən övladlarımı yuxarıda dediyim iki məktəbdən birinə qoyacam. Çünki ayrı seçimimiz yoxdur.
Mən özüm həmin məktəblərdə oxuyan nəvələrimin biliyinə şahidəm. Birmənalı olaraq övladlarımı dövlət məktəblərinə qoymayacam. Çünki dövlət məktəblərində o səviyyə yoxdur. Bu reallığı qəbul etməl lazımdır. Ölkənin Təhsil Nazirliyi islahatlar keçirir. Ümid edirəm ki, onun bu addımları yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu gün orta məktəblərdəki təlim-tərbiyə və tədrisdə ciddi problemlər var. Bakıda yalnız bir neçə orta məktəb yüksək səviyyəli təhsil verir”.
F.Ağamalı "Çağ öyrətim" məktəblərində oxuyan övladlarının hər hansı bir təsir dairəsinə düşməsi barədə də verilən sualı cavablandırıb: “Mən övladlarımda elə bir təsir görməmişəm. Nurçular və Fətullah Gülən barədə onlar heç nə danışmayıblar. Evdə belə bir söhbət olmayıb. Onlar daha çox Azərbaycana, bayrağa bağlılıq, vətənpərvərliklə bağlı danışırdılar. Sentyabr ayına qədər elə addımlar atılmalıdır ki, bu uşaqlar çöldə qalmasınlar”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024