Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-01-2018, 13:30)
Eldar İbrahimov: Kimsənin Türkiyəni qınamaq haqqı yoxdur

Eldar İbrahimov: Kimsənin Türkiyəni qınamaq haqqı yoxdur

 

 

Qardaş və dost dövlət Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyatı həm gözlənilən, həm də qaçılmaz idi.

Mediatv.az Oxu.Az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədri, professor Eldar İbrahimov deyib.

O qeyd edib ki, qardaş ölkə öz sərhədlərinin toxunulmazlığının, ərazi bütövlüyünün təhdid edilməsinə, o cümlədən, məlum böyük güclərin əli ilə sərhədləri yanında terrorçuların separatçı, terrorçu bir dövlət yaratmasına nə dözə, nə də göz yuma bilərdi:

“Təbii ki, qardaş Türkiyə də nə buna dözdü, nə göz yumdu. Xəbərdarlığını etdi, haqlı qərarını verdi və məlum əməliyyatını başlatdı, hazırda da “Zeytun budağı”nı uğurla davam etdirməkdədir”.

E. İbrahimovun sözlərinə görə, heç kim Türkiyəni bu məsələdə qınaya bilməz:

“Hamımız, bütün dünya terrordan əziyyət çəkirik. Özü də təkcə Türkiyə yox, Belçika, Fransa, Niderland, Böyük Britaniya, Almanya, Orta və Yaxın Şərq ölkələri, o cümlədən Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdir. Terror, terrorçular nə deməkdir, bunu bizdən yaxşı bilən və təsəvvür edən olmaz. Azərbaycan artıq 30 ildir işğalçı və təcavüzkar Ermənistanın dövlət siyasəti səviyyəsində həyata keçirdiyi terrorizmlə üzbəüzdür.

Ümumiyyətlə, bu gün terror yerləşdiyimiz coğrafiyanın, bütövlükdə Avropanın, dünyanın bədəninə girmiş xərçəng xəstəliyi kimidir”, - deyən komitə sədrinin bildirdiyinə görə, bu gün artıq bir ölkə - qardaş Türkiyə bu xəstəliyin qarşısını almaq məqsədilə əlindən gələni edir, insan hüquqları üçün normal mühit yaratmağa çalışır, ancaq çox təəssüflər olsun ki, bəzi dövlətlər, beynəlxalq qurumlar haqsızcasına Türkiyənin bu addımını müzakirə edir, onu işğalda və ya daxili işlərə müdaxilədə qınayırlar:

“Bu, çox haqsız və ədalətsiz yanaşmadır. Buna son qoyulmalıdır. Bu, nə işğal, nə də müdaxilədir. Bu, terrora, xərçəngə qarşı hərbi əməliyyatlardır. İki istiqamətdə müdafiədir. Beynəlxalq səviyyədə tanınan İŞİD və PKK, PYD/YPG kimi terror təşkilatlarına qarşı mübarizədir. Bu terror təşkilatları, bəşəriyyət, Avropa və insanlar üçün təhlükəlidir. Türkiyə bu xərçəngə yoluxmuş əraziləri təmizləməyi, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş şərait yaratmaq üçün bu əməliyyatları başlamağı qərar alıb”.

E. İbrahimov bildirib ki, bu, beynəlxalq ictimaiyyətə xüsusi ismarıcdır:

“Türkiyə bəzi ölkələr kimi başqalarının ərazilərini işğal etmək istəmədiyini bəyan edib. BMT və ABŞ-ı məlumatlandırıb ki, beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarına dörd min yük maşını yardım göndərmək regionda böhran vəziyyəti yarada bilər. Yəni, Türkiyə beynəlxalq qurumları məlumatlandırsa da, təəssüf ki, heç bir təşkilat buna məhəl qoymayıb. İndi Türkiyə bizim, övladlarımızın, Bakı, London, Berlin, Madrid və digər şəhərlərin təhlükəsizliyi üçün bu əməliyyatlara başlayanda bəziləri çox qərəzli şəkildə və ədalətsizcəsinə iddia edir ki, bu, daxili işlərə müdaxilədir. 

Xeyr, bu, müdaxilə deyil. Türkiyəni bu məsələdə qınamaq yox, ona dəstək vermək lazımdır. Düzdür, Türkiyənin, əslində, kimsənin dəstəyinə ehtiyacı yoxdur, amma bu dəstək hər tərəfdən verilməlidir. Çünki bu, terrorla mübarizənin yeganə yoludur. Ümid edirik və inanırıq ki, çox qısa zamanda da Türkiyə bunun öhdəsindən gələ biləcək, terrorçulara gərəkən cavabı verəcək. Kimsənin buna şübhəsi olmasın. Bir dost və qardaş ölkə olaraq Azərbaycan daim Türkiyənin, Türk xalqının yanındadır”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024