Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-07-2015, 18:30)
Azərbaycan XİN-dən terror açıqlaması

 "Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq"

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində baş verən terror aktını pisləyib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, XİN bu terror aktı nəticəsində həlak olmuşların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir:

"Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik."

Bundan başqa, XİN-dən bu terror aktını qəti şəkildə qınadıqlarını bildiriblər: "Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq."

İyulun 20-də Şanlıurfa vilayətinin Suruç rayonunda dəhşətli terror aktı törədilib. Partlayışın 18 yaşlı İŞİD-çi qız tərəfindən həyata keçirldiyi bildirilir. Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, terror aktı İŞİD terrorçu qruplaşması tərəfindən planlı şəkildə həyata keçirilib.

Terror aktı nəticəsində 30 nəfər ölüb, 100-dən çox yaralı var. Yaralılarının çoxunun vəziyyəti ağır olduğundan ölü sayının artacağı ehtimal edilir.

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024