Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (22-06-2014, 14:11)
“Rəhim Qazıyev Surətin Elçibəylə görüşməsinə imkan vermədi”-AÇIQLAMA

 

İyunun 19-da sabiq müdafiə naziri Rəhim Qazıyevin eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovu 1993-cü il  Gəncə olayları ilə bağlı debata çağırması barədə xəbər vermişdik.  Hafta.az-ın  həmin  olaylar barədə sualına cavab verən Almurad Əliyev Rəhim Qazıyevin o günlər göstərdiyi fəaliyyət barədə maraqlı açıqlama verib: “Gəncədəki qardaş  qırğınından  bir neçə gün sonra, tarix dəqiqi yadımda deyil, Surət Hüseynov mənə zəng edərək Elçibəylə görüşmək istədiyini bildirdi. Mən də cavab verdim ki, heç bir problem yoxdur. Əgər Bakıya gəlməyə ehtiyat edirsənsə, gəlim Yevlağa, məni orada girov kimi saxlayın, sən də arxayın gəl, prezidentlə görüş. Təəssüf ki, mən  Yevlağa getməyə hazırlaşarkən xəbər çatdırdılar ki, Rəhim Qazıyev Surət Hüseynovu qoymayıb Elçibəylə görüşə gəlməyə…”.

 O dövrdə,  sadəcə, Ali Sovetin  depuatatı olmuş Rəhim Qazıyev eks-prezidentin qardaşının açıqlamasına belə reaksiya verdi: “Yəqin ki, Almurad bəyin yaddaşı zəifləyib, ona görə belə sözlər danışıb. Belə bir hadisə olmayıb. Əvvəla, həmin ərəfədə mən artıq 4 ay idi ki, müdafiə naziri vəzifəsindın istefa vermişdim. 1993-cü ilin iyununda mənim Surət Hüseynova hər hansı bir əmr vermək  səlahiyyətim var idimi?  Gəncə hadiəsələri başlayanda  isə mən  Moskvada  kiçik bacımgildə idim.  İyunun 5-də  Azərbaycandakı vəziyyəti eşidib, qayıtdım. Mənimlə bir təyyarədə  Moskvadakı xəstə atasına dəyməyə getmiş  sabiq vitse-spiker  Tamerlan Qarayev də Bakıya uçdu. İyunun 6-sı isə özüm sükan arxasında Gəncəyə yollanmışam.  Səhər tezdən  Surət Hüseynovun evində olub, onunla  vəziyyət barədə söhbət etmişəm, o da  deyib ki,  mənə qarşı ləyaqətsiz hərəkətlər ediblər, atamın məzarına partlayıcı qoymaq istəyiblər və s.  Gerçək vəziyyəti öyrəndikdən sonra həmin gün oradan qayıdıb,  axşam prezident Elçibəylə  Prezident Aparatında görüşüb 1 saatdan çox söhbət etmişik və sizə ötən açıqlamamda söylədiyim kimi, Əbülfəz bəyə Gəncəyə gedərək hər iki tərəfin nümayəndələri ilə görüşməyi təklif etmişəm o isə razılaşmayıb… O dövrdə Surətin onunla görüşmək cəhdi  barədə isə heç bir  məlumatım olmayıb…”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024