Karusel (8-04-2025, 21:35)
Keçmiş gömrük generallarının Avropadakı biznesini bu şəxs idarə edir

Sabiq gömrük şefləri Aydın Əliyev və Səfər Mehdiyevin Gömrük Komitəsinin sədri işlədikləri dönəmdə Azərbaycandan milyonlarla manat məbləğində vəsait çıxardıqları, həmin pullarla Avropanın bir çox ölklərində nəhəng biznes şəbəkəsi qurduqları heç kimə sirr deyil. Sadəcə mətbuatda bu haqda yüzlərlə məqalə dərc olunub ki, bu məqalələrdəki faktların təhlili ölkəmizdən çıxarılan pulların heyrətamiz dərəcədə çoxluğundan xəbər verir.Bu barədə Mediatv.az-ın elektron poçtuna daxil olmuş məktubda deyilir.Məktub müəllifi daha sonra yazır:
Dövlət Gömrük Komitəsinin sabiq sədrləri, eləcə də Bakı Şəhər Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovun Azərbaycandan çıxardıqları vəsaitlər Fransa, Böyük Britaniya, Almaniya, Polşa və digər ölkələrdə daşınmaz əmlak sektoruna, eləcə də xəstəxana və klinikalara, restoran və digər ictimai iaşə müəssisələrinə yatırılıb. Həmin müəssisələr bu gün də öz fəaliyyətini davam etdirməkdə, gömrük şeflərinə hər ay milyonlarla avro məbləğində vəsait qazandırmaqdadır. Bütün bu biznesi isə vaxtiylə gömrükdə işləyən, gömrük şeflərinə yaxınlığı ilə seçilən Rövşən adlı şəxs idarə edir.
Bir neçə ildir ki, Almaniyada yaşayan bu şəxs Avropadakı əlaqələrindən istifadə edərək keçmiş gömrük generallarının obyektlərinin idarəedilməsinə nəzarət etməkdə, “sabiqlərə” böyük pullar qazandırmaqdadır. Bu sədaqət və səriştəsinə görə isə onlar tərəfindən səxavətlə mükafatlandırılmaqdadır.
Yaxın günlərdə sabiq gömrük sədrləri və onların xaricdəki sərvətləri haqqında daha ətraflı məlumatlar təqdim edəcəyik. Ümid edirik ki, vaxtiylə Azərbaycandan oğurlanan bu pullar günlərin bir günü yenə dövlətimizə qaytarılacaq, doğma Qarabağımızın çiçəklənməsinə sərf ediləcək
Yazıda adı çəkilən şəxslərin cavab haqqını tanıyırıq..

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 04 2025
12 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025