Karusel (8-04-2025, 21:07)
Mediasiya yoxsa Kommersiya

Mediatv.az-ın redaksiyasına etibarlı mənbənin verdiyi məlumata görə, Mediasiya Şurasında ciddi qarşıdurmalar vardır. Mediasiya Şurasında fəaliyyət göstərən Vəkillər və hüquqşunaslar ilə şuranın sədri arasına "ianə" adı ilə qanunsuz pul yığımlarına Vəkillər və hüquqşunaslar etiraz etdiyindən Nadir Adilov onlarla prinsip aparır. Qeyd edilməlidir ki, 2 il öncə Bakı şəhərində fəaliyyət göstərən bütün Mediasiya Təşkilatları, Mediasiya Şurası ilə birgə Ədliyyə Nazirliyininə məktub ünvanlayaraq Bakı şəhərində mediasiya təşkilatlarının qeydiyyatdan keçməsi prosessinin dayandırmasını xahiş etmişlər. Buna səbəb mediasiya sahəsinə hərc-mərcliyin və idarəolunmaz prosesslərin qarşısını almaq idi. İstər ölkənin bölgələrində istər isə Bakı şəhərində ümumi işlərin sayı bəllidir və bunun üçün müəyyən bir sayda mediasiya təşkilatlarının və mediatorların olması kifayət edir, ələlxusda son vaxtlar Kommersiya Mübahisələrinin Məcburi Mediasiyadan keçməsinin aradan qaldırılması və Ali Məhkəmənin Plenumunun alimentin artırılması və digər mediasiyaya aid edilən məsələlərin birbaşa olaraq məhkəmələr vasitəsi ilə həll edilməsinə dair qərarın qəbul edildiyindən sonra mediasiya işlərinin sayı ciddi şəkildə azalmışdır. Eyni zamanda qeyd edilməlidir ki, son vaxtlar Bakı şəhərində fəaliyyət göstərərn bir çox mediasiya təşkilatları fəaliyyətini davam etdirə bilmədiyindən bağlanmışdır. Lakin bütüb obyektiv səbələrin olmasına baxmayaraq Nadir Adilov onunla yola getməyən Vəkil və hüquqsunasları ram etmək məqsədilə yenidən istənilən Mediatorlara istər Bakı şəhərində istərsə də bölgələrdə Mediasiya Təşkilatları yaradılmasına yenidən icazə verib. Nadir Adilov öz şəxsi mübarizəsini Mediasiya İnstitunun məhv edilməsinə yönəlmiş mübahisəyə çevirib. Bundan əlavə Mediasiya Şurasında İdarə Heyyətinin üzvləri olmasına baxmayaraq onların fəaliyyəti ancaq əmək haqqı almaqla məhdudlaşır, İH-nin hər hasi bir fəaliyyəti yoxdur.
07.11.2024-ci il tarixdə Mediasiya Şurasında şəffavlığa riayət edilirmi?(https://mediatv.az/sosial/121125-mediasiya-surasinda-seffavliga-riayet-edilirmi.html) sərlövhəli məqalədə dərc etmişdik.Məqalənin sonunda mediasiya şurası tərəfindən xərclənən vəsaitlər şəffavdırmı?.36 təşkilatın rəhbəri mediasiya şurasının fəaliyyətindən razıdırmı?.Qeyd olunan suallarla bağlı 36 təşkilatın və mediasiya şurası rəhbərliyinin mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan etmişdik.Çox təəsüflər olsun ki,nə 36 təşkilatın rəhbərliyindən nə də ki mediasiya şurası rəhbərliyindən cavab gəldi.Heç bir tərəf bu məsələlərə mövqe bildirmək isdəmədi..
Hazırki qanunvericilyə görə mediasiya şurası, mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya mediasiya şurasının üzvlüyündən çıxarılmasını yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirə bilər. Belə olan halda sədrin vəzifə səlahiyyətləri məhkəmə ilə məhdudlaşır ki, buda Nadir Adilovu qane etmir.Qeyri-Kommersiya xarakterli təşsisatın sədr qarşısında bir maneə olması hər vasitə ilə kommersiya maraqlarına gətrilməsi prosesi açıq aşkar izlənilməkdədir.Sədrə tabe olmayan və "ianə" ödəməyən təşkilat rəhbərləri və hüquqşunaslar ilə qanuni yol ilə mübarizə apara bilmir, bu səbədən yeni qanun layihəsinin Milli Məclisdən keçməsində maraqlıdır.Hazırki vəziyyətdə Nadir Adilov istəyinə nail olmaq üçün bütün "metod" və vasitələrdən istifadə edərək bu qanun layihəsini həyata keçirməyə cəhd edir. Hətta bunun üçün Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin sədrinin oğlu Cavid Hüseynovu özünə Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri kimi işə qəbul edib, hərçənd onu heç bu günə kimi iş yerində görən belə olmayıb. Hazırda Nadir Adilov Milli Məclisin Mədəniyyət komitəsinin sədri, İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafanın və Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin, Əmək və Sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramovun köməyi ilə sözügedən qanun layihəsinin Milli Məclisdən keçirməyə cəhd edir,təşkilat rəhbərlərinə təsir mexanizminin həyata keçrilməsi məqsədi ilə qurumu kommersiya istiqamətində sürükləyir. Hətta bunun üçün sözügedən Deputatlar ilə aprel ayının 12-də səhər yeməyi də təşkil etməyi planlaşdırmışdır.
Yazıda adları hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq..

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 04 2025
12 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025