Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-04-2025, 16:52)
1500 manatlıq diş faciəsi… “Həkim Elyar Quluzadə başıma oyun açıb”

“Başıma gələn diş həkimi kabusunu sizinlə bölüşmək istəyirəm ki, bəlkə siz bu cür savadsız “həkim”lərin ucbatından əziyyət çəkməyəsiniz. Xırdalan və Yasamalda işləyən stomatoloq Elyar Quluzadənin bacarmadığı müalicə səbəbindən dişlərimi itirmək üzrəyəm”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində zərərçəkən Nəzrin Süleymanlı yazıb. O bildirib ki, Elyar həkim ucbatından həm əsəbləri korlanıb, həm də ağrı və əziyyət çəkir:
“Bu həkim 2023-cü ilin aprelindən iyuna qədər diş müalicəmi bitirə bilmədi. Guya müalicə edib zirkon dişlər taxdı, amma nə düzgün ölçü götürə bildi, nə də müalicəni düz apardı. Dişlər 2 gün sonra çıxmalı oldu, üstəlik, sağlam dişlərimi də korladı.
Sonradan başqa həkimə getdim, təzə dişlər taxıldı. İndi isə əvvəlki səhv müalicəyə görə dişlərimdə kista yaranıb, yenidən müalicə başlayıb. Bunu ona bildirəndə mənə verdiyi cavab o oldu ki, endirimlə etmişəm, ona görə belə olub. Guya 1500 AZN təkcə müalicəyə ödəmişəm – bu endirimdirsə, bəs normalı nədir?
Deyir ki, “mən savadlı həkiməm.” Amma nə damaq korreksiyası edə bildi, nə də düzgün müalicə. İndiki həkimin düzəltdiyi dişlərlə onun dedikləri tam ziddiyyət təşkil edi”.
Rentgenlər, əvvəlki və hazırkı diş görüntüləri də var. Qərar sizindir – amma diqqətli olun!
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul

шаблоны для dle 11.2

Xəbər lenti
12 04 2025
12 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025