Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-01-2018, 10:30)
Azərbaycan deputatları İrana gedir

Azərbaycan deputatları İrana gedir

 

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün yanvarın 12-də İran İslam Respublikasının paytaxtı Tehrana səfər edəcəklər.

Mediatv.az  Trend-ə istinadən bildirir ki, sessiyada proqram və gündəliyin qəbulundan sonra qurumun Baş katibinin məruzəsi dinləniləcək, nümayəndə heyətləri rəhbərlərinin, müşahidəçilərin çıxışları olacaq, Ümumi Komitənin 20-ci toplantısının hesabatı təqdim olunacaq.

Tədbirdə qurumun yeni Baş katibi və büro üzvləri seçiləcək. Yığıncaqda Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri və hesabatları müzakirə ediləcək.

Tədbirdə 2018-ci il üçün İƏTPİ Ümumi komitəsinin üzvlərinin təyin olunması, İcraiyyə Komitəsinin, daimi komitələrin üzvlərinin seçilməsi, İƏTPİ Konfransının 14-cü və 15-ci sessiyalarının, İcraiyyə Komitəsinin 40-ci iclasının keçiriləcəyi tarix və yerin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə baxılacaq. Sessiyanın sonunda Yekun Hesabat və Yekun Kommunike qəbul olunacaq.

İƏTPİ Konfransı çərçivəsində qurumun daimi komitələrinin iclasları keçiriləcək. Siyasi məsələlər üzrə komitənin yığıncağında Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı barədə məsələyə münasibət bildiriləcək.

Səfər yanvarın 18-də başa çatacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024