Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-12-2017, 21:00)
Səməd Seyidov: Mən elə şey deməmişəm

Səməd Seyidov: Mən elə şey deməmişəm

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığa dair hərtərəfli saziş imzalamaq niyyətində olmaması ilə bağlı onun adından yayılan məlumata təəccübləndiyini bildirib.

Mediatv.az-ın xəbərinə görə, deputat virtualaz.org-a verdiyi eksklüziv açıqlamasında yayılan xəbərləri təkzib edib: 

“Mən elə şey deməmişəm. Razılaşma ilə bağlı intensiv danışıqlar gedir. Məsələ ondadır ki, Avropa Birliyi ilə razılaşmanı imzalayan Gürcüstandan, Ukraynadan və Moldovadan fərqli olaraq, Azərbaycan Avropa Birliyinə daxil olmaq arzusunu bildirməyib və ehtimal ki, yaxın vaxtlarda da bildirməyəcək”.

S. Seyidov qeyd edib ki, Avropa Birliyi ilə bizim münasibətlərimiz yalnız ümumavropa təşkilatları xətti ilə inkişaf etmir, yəni yalnız Brüsseldə qapanmır, Avropa Birliyinin müxtəlif ölkələri ilə ikitərəfli əsasda genişlənir. Belə ki, Avropa Birliyinin 10 üzv dövləti ilə strateji əməkdaşlıq haqqında müqavilələr imzalamışıq. Son belə razılaşmanı isə Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın rəhbərliyi ilə Riqada imzalayıb.

S.Seyidov onu da vurğulayıb ki, belə əlaqələr bizim ölkəmizin böyük üstünlüyüdür: “Bizim Avropa Birliyi ilə imzalamağı planlaşdırdığımız müqavilədə Azərbaycanın milli maraqları əks ediləcək. Gələcək sənəd Avropa ilə qarşılıqlı sərfəli əməkdaşlığın dərinləşməsinə xidmət edəcək".

Deputat həmçinin qeyd edib ki, Azərbaycan birmənalı şəkilə Avropa Birliyi ilə strateji əməkdaşlıq haqqında müqaviləni bağlamağa hazır olduğunu bildirib.

“Sirr deyil ki, beynəlxalq təşkilatların daxilində problemlər mövcuddur. Amma Bakı üçün strateji xarici siyasət prioritetlərindən biri bütövlüklə Avropadır. Biz Avropa institutları ilə əməkdaşlığı inkişaf etdiririk. Həm Avropa Birliyi, həm də münasibətlərdə çətinliklərə baxmayaraq, Avropa Şurası ilə işləyirik”, - deyə S. Seyidov bildirib.

Qeyd edək ki, Azərbaycan informasiya agentliklərindən birinin gürcü bürosu Səməd Seyidovun adından Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığa dair sazişi imzalamaq niyyətində olmaması ilə bağlı məlumat yayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024