Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (31-05-2014, 22:49)
İcra başçısının diplomat oğlu eyş-işrətdə yaxalandı - FOTOLAR

 

Azərbaycanın Litvadakı səfirinin 1-ci katibi və paytaxt Riqadakı konsulumuz Nicat Sadıqovun sosial şəbəkə istifadəçisi kimi paylaşdıqları ciddi müzakirələrə səbəb olub.


Mia.az Axar.az-a istinadən xəbər verir ki, dəbdəbəli həyat tərzi sürdüyünü sosial mediada reklam edən konsulun bir diplomat kimi bu hərəkətləri Litva siyasi dairələrində müzakirə predmetidir və artıq bu narazılıq Azərbaycana da yetişib.

 

Nicat Sadıqov kimdir və nələr paylaşır?

 

Məlumat üçün bildirək ki, Nicat Sadıqov Ağdam rayonunun az öncə işdən çıxarılan icra başçısı Nizami Sadıqovun oğludur. Onu diqqət mərkəzinə gətirən və sosial mediada paylaşımlarına görə təəccüb yaradan da həm də bu faktdır.


Diplomat N.Sadıqov Riqadakı olduqca bahalı gecə klublarından sayılan "İlluZion” restoranının daimi müştərisi kimi təqdim edilir. 

 

Klubun rəsmi saytında da konsulumuz Nicat Sadıqovun daimi və VİP müştəri olduğu əks olunub və onun fotoları saytda yerləşdirilib (Link təqdim olunur: http://www.illuzion.lv/ru/galereya). 


Bahalı avtomobillər

 

Azərbaycanın Riqadakı konsulu Nicat Sadıqovun sosial şəbəkədə paylaşdığı "Porşe Kayen Turbo” avtomibilinin 85 min manat qiyməti var. Maşının üzərində diplomatik nömrə asılıb. Bahalı "Porşe”nin N.Sadıqova dövlət tərəfindən xidməti avtomobil kimi verilib-verilmədiyinə və yazıdakı digər nüanslara aydınlıq gətirmək üçün Azərbaycan Xarici İşlər Naziriyinin mətbuat xidməti ilə əlaqə saxladıq. 


XİN niyə cavabı gecikdirir?

 

Azərbaycan diplomatının sosial şəbəkədə aktivliyi çox uğurlu bir addımdır və yeni medianın imkanlarından maksimum istifadə dövlətimizin seçdiyi xarici siyasət strategiyasının tərkib hissəsidir. Ancaq Azərbaycanın Riqada siması olası diplomatımız N.Sadıqovun sosial şəbəkədəki səhifəsində diplomatlar, səfirlərlərlə deyil, bahalı avtomobillərdəki və restoranlardakı fotolarını yerləşdirməsi, virtual dostluğunun dəbdəbəli və "müasir” həyat yaşayan gənclərdən, izləyənlərinin isə büsbütün gənc xanımlardan ibarət olması əlbəttə ki, başadüşülən deyil.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə skrinlər də daxil olmaqla, bütün fotofaktlar göndərilsə də, hörmətli Elman Abdullayev tərəfindən vəd olunan rəsmi açıqlamanı gün ərzində ala bilmədik.

 

Mövzunu davam edəcəyik...  

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024