Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-06-2017, 22:10)
Mahmud Məmmədquliyev: Aİ ilə danışıqlar asan deyil

Mahmud Məmmədquliyev: Aİ ilə danışıqlar asan deyil

 

“Azərbaycan və Aİ mövqelərdəki müxtəlifliyə baxmayaraq, danışıqlar prosesi çərçivəsində birlikdə, eyni məqsədə çatmaq üçün səy göstərməlidir”.

Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu Bakının Brüssel ilə strateji əməkdaşlıq müqaviləsi üzrə danışıqları məsələsini şərh edərkən jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

“Azərbaycan və Aİ arasında növbəti danışıqlar iyunun 13-14-də keçiriləcək. İki blok məsələlələrin müzakirəsi gözlənilir. İlk blok siyasi təhlükəsizlik məsələləridir. İkincisi, ticarət məsələləri və investisiya”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycan iyunun sonuna qədər istənilən məsələ bloku üzrə videokonfrans təyin edəcək və iyulun ilk yarısında yenidən tam müzakirələr aparılacaq.

Nazir müavini Aİ ilə danışıqların asan olmadığını bildirib: “Bəzi məqamlar üzrə razılaşma əldə olunub, bəziləri üzrə yox. Danışıqlar qısa müddətdir başlayıb. Ona görə də səbr etmək lazımdır. Danışıqların məhsuldar alınması üçün səy göstərəcəyik”, - o əlavə edib.

O, danışıqlara qısa müddət əvvəl başlanıldığından tərəflərin noyabr ayında Brüsseldə keçiriləcək Aİ sammitinə qədər razılığa gələcəyinə inanmadığını vurğulayıb.

“Hesab edirəm ki, bu saziş çox vacibdir. Onun hər bəndi həm Azərbaycan, həm də Avropa üçün dəyərlidir. Noyabra qədər çatdıracağımızı düşünmürəm. Çünki məsələ zamanda yox, sazişin keyfiyyətində və tərəflərin strateji əməkdaşlığındadır”, - nazir müavini fikrini tamamlayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024