Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-12-2015, 10:50)
XİN: "Azərbaycan ÜTT-ə üzv olmağa hazır deyil"

Azərbaycan hələlik lazımı sənədləri, təklifləri Ümumdünya Ticarət Təşkilatına (ÜTT) təqdim etməyib.

Mediatv.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev deyib.


“Sonuncu dəfə Azərbaycan ilə ÜTT arasında danışıqlar bu ilin fevral ayında baş tutub. Onlar bizim qarşımıza suallar, təkliflər qoyublar. Biz hələ ki, bunların heç birinə cavab verməmişik”, - deyə XİN rəhbərinin müavini bildirib. 

Məmmədquliyevin sözlərinə görə, Azərbaycan və ÜTT-nin növbəti görüşü üçün konkret sənədlər yoxdur: “Biz hələ ki, bu danışıqlara hazır deyilik. Biz nə vaxt hazır olsaq, onların istədikləri sənədləri hazır etsək, görüş təyin ediləcək və həm işçi qrup, həm də iki tərəfli danışıqlar baş tutacaq. Artıq onlar bizdən konkret cavab gözləyirlər. Biz isə hələ ki, buna tam hazır deyilik. Bilirsiniz ki, bu barədə danışıqlar olub. Bizim məqsədimiz öncə iqtisadiyyatı şaxələndirmək, daha sonra bu danışıqları daha sürətlə aparmaqdır”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024