Siyasət (31-05-2017, 10:25)
Deputatlar Portuqaliyada səfərdə olublar
Milli Məclisinin deputatları Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev və Pərvin Kərimzadə Portuqaliya Respublikasının Braqa şəhərində səfərdə olublar.
Mediatv.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, səfər çərçivəsində Braqa şəhərinin meri cənab Ricardo Rio, vitse-mer xanım Sameiro Araujo, Avropa Gənclər Şəbəkəsinin rəhbəri Carlos De Sousa Santos ilə görüşlər keçirilib, Braga “Sturt UP” layihəsinin rəhbərliyi və fəal üzvləri ilə ətraflı müzakirələr aparılıb.
Həmçinin Minhon universitetinin rektoru António Cunha, Universitetin Ombudsmanı xanım Paula Ctistina Martins, Pedaqokika fakültəsinin dekanı xanım Rosa Vasconcelos ilə görüşlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələri ilə birlikdə həyata keçirilməsi planlaşdırılan layihələr ətrafında müzakirələr aparılıb və tezliklə müvafiq layihələrin icrasına başlanılması qərarlaşdırılıb.