Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (8-10-2016, 12:16)
Samir Şərifov ABŞ-da “Cənub Qaz Dəhlizi” layihəsini müzakirə edib

Azərbaycan maliyyə naziri Samir Şərifovun rəhbərliyi altında Maliyyə Nazirliyi, Dövlət Neft Fondu və “Cənub Qaz Dəhlizi” QSC-nin nümayəndələrindən ibarət heyət bu ilin 6-7 oktyabr tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısında iştirak edib.

Mediatv.az-a Maliyyə Nazirliyindən verilən məlumata görə, BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi illik toplantının rəsmi açılış mərasimində ABŞ-ın Prezidenti Barak Obamanın video-müraciəti səsləndirilib, dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafının əsas istiqamətləri, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, yoxsulluğun aradan qaldırılması, maliyyə bazarlarının tənzimlənməsi və maliyyə yardımlarının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağırışlarla bağlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində maliyyə naziri Samir Şərifovun Dünya Bankının vitse-prezidenti Siril Müller, Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyinin rəhbəri və Dünya Bankının icraçı vitse-prezidenti Keiko Honda, Avropa İnvestisiya Bankının vitse-prezidenti Pim van Ballekom, Asiya İnkişaf Bankının vitse-prezidentləri Vençay Canq və Divakar Qupta, habelə bir sıra nüfuzlu kommersiya banklarının rəsmiləri ilə keçirdiyi işgüzar görüşlərdə ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verilib, eləcə də Azərbaycan ilə beynəlxalq maliyyə institutları arasında həyata keçirilən mövcud layihələrin əhəmiyyəti qeyd olunmuş və uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb. Görüşlərdə həmçinin, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində qeyd olunan təşkilatların iştirakı və digər əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti həmçinin ABŞ-ın dövlət katibinin iqtisadi və biznes əlaqələri üzrə köməkçisi Çarls Rivkin, dövlət departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn və ABŞ maliyyə nazirinin beynəlxalq bazarlar və inkişaf üzrə köməkçisi Marisa Laqo ilə görüşlər keçirib. Bu görüşlərdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı, enerji sahəsində iki ölkə arasındakı ənənəvi strateji əməkdaşlığın davam etdirilməsi, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı ABŞ hökumətinin verdiyi dəstək Azərbaycanda yüksək qiymətləndirildiyi qeyd olunub, ölkəmizin yerləşdiyi regionda trans-kontinental daşımaların təşviqi üzrə səyləri və gördüyü işlərin vacibliyi vurğulanmış, transmilli layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə beynəlxalq maliyyə təşkilatları çərçivəsində sıx əməkdaşlıq edilməsi ətrafında müzakirələr aparılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024