Siyasət (20-05-2017, 20:35)
Hakimiyyətdəki düşmənlərinin Fərhad Əliyevə hücuma keçməsinin pərdəarxası - ÖZƏL
Hakimiyyətdəki bəzi qüvvələr tərəfindən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə hücumlar başlanıb
Mediatv.az Ulus.Az-a istinaden xəbər verir ki, artıq keçmiş nazir haqda kompromat materiallar dərc edilir, qara piar kampaniyası aparılır.
Deyilir ki, Fərhad Əliyevin Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2,5 ha torpaq sahəsində sürtgü yağları istehsal edən zavodun tikintisinə başladığı artıq rəsmən təsdiqlənib.
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi bəziləri qatı Əliyevçi, bəziləri məxfi inqilabçı kimi xarakterizə edirlər.
Kifayət qədər ziddiyyətli, ziddiyyətli olduğu qədər də anlaşılmaz gedişlərlə yadda qalan Fərhad Əliyev müasir Azərbaycan tarixinin ən qalmaqallı nazirlərindən biridir.
Bu şəxs 2005-ci ildə həbs olunmasına qədər siyasi karyerasının pik nöqtəsinə çatan, elə həmin zirvədən də “yıxılan” və düz 8 il sonra “sürünərək” sındırılmış vəziyyətdə həbsxanadan çıxan biri olaraq gözlərimiz önündədir.
Fərhad Əliyev kimi siyasətdə təsadüfi parlayanların əksəriyyəti eyni səhvləri buraxır. Onlar bir qədər var-dövlət toplayandan sonra düşünürlər ki, elə bu rüşvət və korrupsiya piramidasınının başında dayanaraq hər şeyə nəzarət də edə bilərlər. Bəli, artıq 2003-cü ildən başlayaraq bizim qəhramanda da həmin xəstəliyin simptomları görünməyə başladı.
Ətrafı bir ağızdan onun “möhtəşəmliyindən” dəm vurur, digər tərəfdən o özünü belə inandırıb ki, guya həqiqətən “islahatçı” nazirdir, digər tərəfdən isə Qərb səfirlikləri bu özündənrazı və dikbaş nazirlə maraqlanmağa başlayır.
Hər halda Fərhad Əliyev persona kimi onlara maraqlı görünür. Və beləcə, sabiq iqtisadi inkişaf naziri tez-tez Qərb dövlətlərinin ölkəmizdəki səfirliklərində görünməyə başlayır.
Ulus.Az xəbər verir ki, sabiq nazirin ölkədə fəaliyyət göstərə biləcəyi sual altındadır.
Başına gələnlərdən sonra Fərhad Əliyevin Azərbaycana qayıdaraq Bakıda məskunlaşmiası çoxlu suallar yaratmaqdadır. Hər şeydən əvvəl Fərhad Əliyev bu qərarı alarkən, Azərbaycanda yenidən həbs olunma təhlükəsini nəzərə almalıydı.
Bu təhlükə üzərindən onun Azərbaycana sərmayə qoyması, həmçinin öz təhlükəsizliyi ilə bağlı ona verilən sözlərə inanması, heç də inandırıcı görünmür. Hansısa bir məqsəd Fərhad Əliyevi bu təhlükəyə göz yumaraq Azərbaycana qayıtmasını sövq etməlidir.
Məntiqlə Fərhad Əliyev öz təhlükəsizliyi üçün təminatı təkcə Azərbaycandan deyil, xarici ölkədən də almalıdır ki, rahat şəkildə Azərbaycana dönərək burda biznes fəaliyyəti ilə məşğul ola bilsin.
İddia olunur ki, Fərhad Əliyevin Azərbaycana qayıdıb bizneslə məşğül olmasını Azərbaycan prezidentin İlham Əliyevdən məhz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xahiş edib.
Ərdoğan oğlu Bilal Ərdoğanı isə Fərhad Əliyevə şərik qoşub və bununla da yatırılan sərmayəni və Fərhad Əliyevin təhlükəsizliyini sığortalayıb.