Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-05-2017, 13:22)
Bahar Muradova: "Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var"

Bahar Muradova: "Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var"

 

Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var.

Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün parlamentin plenar iclasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib: "Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı yaranmış bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə, Rusiyanın daxili işidir - bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir. Vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Mən düşünmürəm ki, bu, Rusiyanın rəsmi mövqeyidir".

B.Muradova qeyd edib ki, ölkədə rus dili və mədəniyyətini, rus dilində tədris verən məktəbləri Rusiyanın xoşuna gəlmək üçün inkişaf etdirmir. O bildirib ki, başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024