Siyasət (3-02-2017, 14:48)
Mariya Zaxarova: “Qarabağ münaqişəsi iki ölkə üçün də təhdiddir”
"Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyi, stabilliyi və gələcək inkişafına təhdididir".
Mediatv.az: Bu sözləri Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın yeni dövlət katibi Teks Tillersonun bu vəzifəyə seçilməsi üçün keçirilən dinləmələr zamanı Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın da milli təhlükəsizlik maraqlarına təhdid olması ilə bağlı çıxışına münasibət bildirərkən deyib.
O, ABŞ-ın mövqeyini şərh etmədiyini və bu ölkənin təhlükəsizliyinə olan təhdidləri özünün müəyyənləşdirdiyini bildirib.
Mariya Zaxarova bloqger Aleksandr Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil veriləcəyi ilə bağlı xəbərlərə də münasibət açqılayıb: “Rusiya vətəndaşının 3-cü ölkəyə verilməsi qəbuledilməzdir. Biz bu məsələ ilə bağlı Belarus XİN və müvafiq orqanlarla kontaktdayıq”.