Siyasət (30-12-2016, 09:28)
Mariya Zaxarova:“Amerika xalqı öz prezidenti tərəfindən alçaldılıb”
“ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara cavab tədbirlərinə dair Rusiya XİN-in bəyanatları dekabrın 30-da veriləcək”.
Mediatv.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində bildirib.
Onun sözlərinə görə, Amerika xalqı hazırda beynəlxalq terrorçular və ya düşmən ordusu tərəfindən deyil, öz prezidenti tərəfindən alçaldılıb.
“Vaşinqtona bu dəfə şilləni onun öz sahibi vurdu. Bununla da o, yeni administrasiya üçün təxirəsalınmaz işlərin sayını maksimum çoxaltmış oldu. Qisas alınmamalıdır, Yaxın Şərqdə atılan addımlar kompleks şəkildə olmalı idi”, – deyə Zaxarova qeyd edib.
“Bütün dünya… Barak Obamanın və onun azsavadlı komandasının Amerikanın nüfuzu və liderliyinə endirdiyi sarsıdıcı zərbəni müşahidə edir. Onlar bununla özlərinin əsas sirrini ifşa etdilər: müstəsnalıq onların acizliyinin maskalanması imiş. ABŞ-ın özü-özünə etdiyi pisliyi heç bir düşməni edə bilməzdi", – deyə o qeyd edib.