Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-01-2017, 13:47)
“Ərdoğanın Naxçıvanla bağlı bəyanatı bir daha göstərdi ki…” – Deputatdan şərh

“Qars müqaviləsinin şərtlərinə görə, Naxçıvanın təhlükəsizliyinə Türkiyə tərəfindən də zəmanət verilib, amma Ermənistan onun təhlükəsizliyinə təhdidlərini davam etdirir. Buna görə Naxçıvan Muxtar Respublikası öz müdafiə qabiliyyətini daim möhkəmlətməyə ehtiyac duyur”.

Mediatv.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyənin təhlükəsizliyi Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başlayır” açıqlamasını şərh edərkən Virtualaz.org saytına deyib.

Zahid Oruc bildirib ki, Ərdoğan bununla Türkiyənin Naxşıvanın təhlükəsizliyinə cavabdehlik daşıdığını xatırladıb:

“Ərdoğanın bəyanatı bir daha göstərdi ki, Türkiyə Naxçıvanın təhlükəsizliyi üzrə öz öhdəliklərindən imtina etmək niyyətində deyil. Bu, onun təhlükəsizliyini dəfələrlə hədələyən Ermənistana yaxşı cavabdır”.

Millət vəkili həmçinin vurğulayıb ki, Ərdoğan Naxçıvanla yanaşı, Qarabağı da qeyd etməli idi:

“Ermənistan və Rusiya arasında müxtəlif növ, o cümlədən hərbi əməkdaşlıq haqqında razılaşmalar var. Eyni razılaşma Bakı və Ankara arasında da mövcuddur. Ona görə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, Naxçıvanın təhlükəsizliyi kontekstində türk hakimiyyəti Qarabağı da yada salmalı idi. Bütün hallarda, bu, yaxşı bəyanatdır və Ermənistana Naxçıvanla sərhəddə təxribatlar törətməməsi üçün bir xəbərdarlıqdır”.

Türk politoloqu və jurnalisti Bülənt Erentaç da Batuminin və Naxçıvanın xüsusi halının Türkiyə üçün əhəmiyyətini nəzərə alaraq, Ərdoğanın dediklərini vaxtında verilmiş bəyanat hesab edib.

“Türkiyə prezidenti öz bəyanatı ilə 1921-ci ilin Qars müqaviləsinin möhkəmliyini yenidən gündəmə qaytarır. Bu sənəd yalnız Naxçıvan və Acarıstanın təhlükəsizliyi üçün deyil, həm də Türkiyənin özü üçün əhəmiyyətlidir. Çünki Türkiyənin indiki sərhədlərinin möhkəmliyi onlarla müəyyən edilir. Qars müqaviləsi Ermənistanın Türkiyə torpaqlarına iştahasının qarşısını birdəfəlik və həmişəlik kəsib. Həmin müqavilənin 3-cü bəndinə uyğun olaraq Türkiyə və Rusiya, razılaşmanın iştirakçıları kimi, Naxçıvanın təhlükəsizliyinə görə öz üzərlərinə öhdəlik götürüblər. Ərdoğan bu bəyanatla faktiki olaraq Ermənistandakı bəzi isti başları soyutdu ki, onlar Naxçıvanı hətta hədələmək barədə belə düşünməsinlər”, – deyə Erentaç vurğulayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024