Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında baş verənlər tərəflərin sabit həll yoluna nail olmaq üçün danışıqlar prosesini dərhal bərpa etməsinin vacibliyindən xəbər verir.
Mediatv.az xəbər verir ki, bunu RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"Tərəflərin uzunmüddətli sülhün əldə olunmasına töhfə verəcək danışıqlar prosesini bərpa etməli olduğuna tam əminik. Mövcud sazişlər əsasında müharibə riskini azaltmaq üçün səyləri artırmağı olduqca əhəmiyyətli hesab edirik", - deyə M.Zaxarova bildirib.