Siyasət (10-12-2016, 09:36)
"Ermənistan danışıqlar prosesini pozur" - Məmmədyarov
Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır.
Mediatv.az-ın məlumatına görə, bu sözləri mediaya açıqlamasında Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin son müsahibəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək:
“Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik”.