Siyasət (5-11-2016, 11:28)
"Deputatlar PKK-ya pul və silah verir" - Çavuşoğlu
“Heç kim hüquqdan üstün deyil”.
Mediatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Xalqların Demokratik Partiyasından (HDP) seçilən millət vəkillərinin həbsindən danışan nazir günahı deputatlarda görüb:
“Toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. HDP-çi deputatlar isə dəvətləri rədd ediblər. Hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına hörmətlə yanaşmalıdır. “Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz” desən, aparıb ifadəni alarlar”.
Mövlud Çavuşoğlu saxlanılan deputatlardan bəzilərini PKK terror təşkilatına silah verməkdə ittiham edib: “HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan pulları PKK-ya verir. Əhaliyə xidmət üçün nəzərdə tutulan və alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, xəndək qazması üçün istifadə edilir”.