Dünya (20-09-2016, 15:04)
"İŞİD-ə qalib gəlmək mümkün deyil..." - Çavuşoğlu
Suriyada yerüstü əməliyyatlar aparmadan İŞİD terror qruplaşmasına qalib gəlmək mümkün deyil.
Mediatv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Suriyanın şimalında təhlükəsiz zona yaradılmalıdır: ““Minbic cibi” adlanan regionu İŞİD-dən azad edərək oranı təhlükəsiz zonaya çevirmək və bundan sonra əl-Bab şəhərini ələ keçirmək lazımdır. Bizim bir düşmənimiz var və ona qarşı birgə hərəkət etməliyik. Cerablus əməliyyatından sonra hamıda əminlik yaranıb ki, İŞİD-ə asanlıqla qalib gəlmək olar”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.
Koalisiyasının 65 ölkəsinə qarşı cəmi 30 min yaraqlının döyüşdüyünü xatırladan Çavuşoğlu, həmçinin İŞİD qruplaşmasının paytaxtı sayılan Suriyanın Rakka və İraqın Mosul şəhərlərinin azad edilməsinin vacibliyini vurğulayıb.