Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-11-2016, 11:36)
“Onda görəcəksiniz ki, Azərbaycan dövləti süquta uğradı” – Deputat

zahid oruc oruj azpolitika info

“Azərbaycan neftdən gələn pulları silaha verməlidir”

“Azərbaycanın Rusiya ilə əməkdaşlığı təkcə silah və texnikaların alınması ilə bağlı deyil. Eyni zamanda siyasi tərəfdaşlığımız da dərinləşməkdədir. Bu da Ermənistanın ciddi şəkildə narahat edir”.
Mediatv.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.
Deputat Rusiyadan silah və texnikanın alınmasından imtina etməyin doğru olmadığını bildirib.
“Çünki həmin silahlar beynəlxalq bazara çıxarılır və satılır. Bu məsələyə isə Ermənistanın reaksiyası bəllidir. Biz illərdən bəri Rusiya Ermənistanın forpostudur deyəndə, heç vaxt düşünməmişik ki, bu onlara qarşı təhqirdir. Əksinə bir az da tərifdir. Onlar forpost olmaqdan istifadə ediblər. Tutduqları hərbi mövqelərdə də möhkəmləniblər.”
Zahid Oruc deyib ki, Azərbaycanın Rusiya silahlarından aldığı örnək Ermənistanı ikiqat məhv edir. “Onlar bunu dost gülləsindən örnək kimi qəbul edirlər”.

Komitə üzvü onu da qeyd edib ki, bu gün biz Rusiya silahı vasitəsilə təhlükəsizliyimizi qoruyuruq.
“Həmin silahların yerinə yetirdiyi mühüm funksiyalar var. Düşünürəm ki, hər bir ölkə özünün təhlükəsizlik maraqlarına, hərbi doktrinasının tələblərinə, bölgədəki əsas aparıcı tendensiyalar, onu təhdid edən faktorlara baxıb qərarlar verir. Bildiyimiz ki, ABŞ-dan sonra beynəlxalq bazarda Rusiya illik silah satışından qazandığı gəlirlərə görə ikinci yerdədir. Bu da mühüm göstəricidir”.
Zahid Oruc bildirib ki, Azərbaycan neftdən gələn gəlirlərin bir hissəsini silaha qoymağa məcburdur.
“Bu bir reallıqdır ki, Azərbaycanın hərbi gücü olmasa, Qarabağ danışıqlarında mövqeyi tamamilə zəif görüləcək. Digər yandan da ərazilərimizdə dövlət qurmaq istəyənlərin də sayı artacaq. Azərbaycan bölgədə, Cənubi Qafqaz arealında İsveçrə kimi neytrallıq saxlayan dövlət ola bilməz.
Bu, qeyri-ciddi görünərdi. Regionda aparıcı dairələrin öncə maraq uğrunda savaşları getdiyi bir zamanda Azərbaycan neytrallıq saxlasın və desin ki, 100 minlik ordu qüvvəsi bizə lazım deyil, tanklar və toplarla ərazilər tutulmur. Onda görəcəksiniz ki, Azərbaycan dövləti süquta uğradı. Bu gün ordu və silahlı qüvvələr Azərbaycanın təhlükəsizliyində mühüm və əsas yeri tutur. Azərbaycan regionda, xüsusən də Qarabağ xətti boyunca ərazilərdə hansı silahlara və texnikaya ehtiyacı varsa onu da alır”
Parlament üzvü Azərbaycanla Pakistanın hərbi əməkdaşlığına da diqqət çəkib.
“Pakistanla münasibətlərimiz müstəqillik qazandıqdan sonra hər zaman yüksək olub. Son dövrlərdə də qardaş ölkənin mühüm siyasi, hərbi təmsilçiləri ölkəmizə təşrif buyurublar.
Xüsusən də Pakistan prezidenti səviyyəsində bura səfərlər də olub. Geniş iqtisadi, hərbi münasibətlərin qurulması üçün müqavilələr və razılaşmalar var. Yəqin ki, Pakistanla bu istiqamətdə razılaşmalar olub. Həmin silahlar və texnikalar Qarabağ münaqişəsi zamanı bizim mövqelərimizi möhkəmləndirəcək”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024