Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-10-2016, 14:30)
“Azərbaycan artıq kənardan təzyiq almayacaq” – İsrailli ekspert

b7d8e77339358167e5cf5f8212ea2104

“İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasının Azərbaycan üçün də çox müsbət təsiri var”.

Mediatv.az:  APA-nın məlumatına görə, bu sözləri İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun Cənubi Qafqaz və Türkiyə üzrə eksperti Gallia Lindensraus deyib.

O bildirib ki, bundan əvvəl münasibətlərin pisləşməsinin Azərbaycan-İsrail əlaqələrinə təsir etməməsi təqdirəlayiq haldır: “Lakin hesab edirəm ki, cəlb olunan tərəflər üçün ən rahatı münasibətlərin yaxşı olmasıdır. Normallaşma sənədi İsrail-Azərbaycan münasibətləri baxımından çox yaxşıdır. Siz artıq münasibətləri soyutmaq üçün kənardan təzyiq almayacaqsınız. Onsuz da bu təzyiqi İran tərəfindən kifayət qədər alırsınız. Soruşa bilərsiniz ki, münasibətlər niyə məhz indi normallaşdı? Bildiyiniz kimi, “Mavi Mərmərə” hadisəsindən 6 il keçib. Üzr istəmə hadisəsindən isə 3 il ötüb. Hesab edirəm ki, ötən ilin noyabrında baş verən Rusiya-Türkiyə böhranından sonra Türkiyə tərəfi daha praqmatik siyasət yürütməyə başladı. Bu, Türkiyəni öz siyasətinə yenidən baxmağa məcbur etdi. Biz düşünürük ki, razılaşmanın əsasını bu məsələ təşkil edir. İsraillə Türkiyə təbi qaz məsələsinə diqqət ayırdılar. Ola bilər ki, gələcəkdə İsraildən Türkiyəyə qaz boru xətti çəkilsin. Bundan tək Türkiyə deyil, Avropa da yararlana bilər. Bu, Azərbaycanla İsrailin və ya Türkiyə ilə Azərbaycanın münasibətlərinə təhlükə deyil. Düşünürəm ki, enerji resurslarının diversifikasiyası Türkiyənin siyasətidir və bu baxımdan İsrail, Azərbaycan və Şimali İraq onlara uyğundur”.

Ekspert bildirib ki, münasibətlərin normallaşmasından sonra Türkiyə İsrailin NATO ilə əməkdaşlığına qoyduğu vetonu aradan qaldırıb: “”Mavi Mərmərə” hadisəsindən sonra bu mümkün deyildi. İndi bu veto qaldırılıb. Azərbaycan NATO-nun üzvü deyil, lakin düşünürəm ki, Azərbaycan üçün də çox faydalı olacaq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024