Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.
Mediatv.az xəbər verir ki, bu barədə "Report"a A.Hacılı məlumat verib.
O, oktyabrın 14-də saat 14:00-da idarəyə dəvət edildiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı, Milli Şuranın üzvü Eldəniz Quliyev də oktyabrın 14-ü üçün BMCMİ-yə çağrılıblar.