Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-08-2016, 21:16)
Hikmət Hacıyev: "Ermənistanın işğalı davam etdirməsi münaqişənin həllinə başlıca maneədir"

Hikmət Hacıyev:

 

 

“Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına imkan verməməsi və yürütdüyü ilhaqçı siyasəti münaqişənin həlli üçün başlıca maneədir”.
 
Mediatv.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Füzuli və Cəbrayıl rayonlarının işğalının 23 illiyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər beynəlxalq sənədlərdə bu işğal faktına münasibətlə bağlı APA-ya açıqlamasında deyib.
 
O bildirib ki, Füzuli və Cəbrayıl rayonlarının işğalı ərəfəsində BMT Təhlükəsizlik Şurasının üzvləri adından TŞ-nın sədrinin təqdim etdiyi 18 avqust 1993-cü il tarixli bəyanatda Təhlükəsizlik Şurası Azərbaycanın Füzuli rayonuna hücumları pisləyib və sülh və təhlükəsizliyə təhdid yaradan bu hücumların dayandırılması, Füzuli ərazisi, Kəlbəcər, Ağdam və digər işğal olunmuş Azərbaycan ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edib: “BMT TŞ-nın bu tələblərinə məhəl qoymayan Ermənistan Azərbaycan əraziləri daxilində hücumlarını davam etdirərək 23 avqust 1993-cü ildə Füzuli rayonunu işğal etdi. Həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl və onun ardınca 31 avqust 1993-cü ildə Qubadlı rayonu işğal edildi. Beləliklə, BMT TŞ-nın münaqişə bağlı 853 saylı qətnaməsinin qəbul olunmasından bir aydan artıq vaxt keçməmiş Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunun xaricində yerləşən və heç zaman ermənilərin yaşamadığı daha üç Azərbaycan rayonunu işğal etdi. Bundan əvvəl də BMT TŞ tərəfindən 822 (1993) saylı qətnamə qəbul olunmuşdu. 14 oktyabr 1993-cü ildə BMT TŞ 874(1993) saylı qətnamə qəbul etdi. Əvvəlki qətnamələrdə olduğu kimi, BMT TŞ Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edərək, ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyini vurğuladı və regionda yaranmış ciddi humanitar fəlakətə, xüsusilə Azərbaycanda böyük sayda mülki əhalinin məcburi köçkün vəziyyətinə düşməsinə münasibətdə ciddi narahatlıq ifadə etdi. Nəzərə almaq lazımdır ki, azərbaycanlı məcburi köçkünlərin böyük əksəriyyətini məhz işğal olunmuş ətraf ərazilərdəki mülki əhali təşkil edir. Avqust ayında Füzuli, Cəbrayıl, Qubadlı, 24 oktyabrda isə Horadiz və Zəngilanın işğal edilməsi, bundan əvvəl isə digər rayonların Ermənistan tərəfindən işğalı və həmin ərazilərdə etnik təmizlənmənin aparılması kütləvi məcburi köçkün axınına səbəb olaraq, II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətlərindən birinin yaranmasına gətirib çıxardı”.
 
XİN nümayəndəsinin sözlərinə görə, Horadiz və Zəngilanın işğalından sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisi Şurasının sədri 26 oktyabr 1993-cü ildə bəyanatla çıxış edərək gücdən istifadə edərək ərazinin əldə edilməsinin qəbuledilməz olduğunu vurğulayıb: “Ermənistanın davam edən işğalçılıq siyasəti ilə əlaqədar 4 noyabr 1993-cü ildə ATƏM-in Minsk Qrupunun 9 üzvü tərəfindən qəbul olunmuş birgə bəyanatda isə deyilirdi: “ Güc vasitəsilə əldə olunmuş ərazi tanına, ərazinin işğal edilməsi beynəlxalq tanıma üçün istifadə oluna və ya mövcud hüquqi statusun dəyişdirilməsinə xidmət edə bilməz”. 9 noyabr 1993-cü ildə Avropa İttifaqı tərəfindən qəbul olunmuş bəyanatda isə ATƏM-in prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olundu. 12 noyabr 1993-cü ildə BMT TŞ 884(1993) saylı qətnamə qəbul etdi. 
Qətnamədə Zəngilan rayonu və Horadiz şəhərinin işğalı, mülki əhaliyə qarşı hücumlar bir daha pislənilərək işğalçı qoşunların bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edildi. Göründüyü kimi, BMT TŞ-nın qətnamələrinin əsas tələbi olan “işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına imkan verməməsi və yürütdüyü ilhaqçı siyasəti münaqişənin həlli üçün başlıca maneədir. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etmək üçün BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.  
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024