Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-08-2016, 11:36)
“İran universitetlərində Azərbaycan dilinin tədrisi xüsusi məqsəd daşıyır”

 

Bir neçə gün əvvəl İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanılacağı barədə qərar verilib. Uzun müddət sonra da olsa, bu, Azərbaycan türklərinin müəyyən haqlarının bərpasına işarədir. 
Mediatv.az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa məsələ ilə bağlı fikrlərini Modern.az-a bildirib.

Deputatın sözlərinə görə, bu, çox müsbət bir hadisədir. “Ən azından ona görə ki, illərdir Azərbaycan türklərinin insan haqlarına aid olan elementar məsələlərin həlli mümkün olmurdu. İran islam dəyərlərini inkişaf etdirən bir ölkə kimi insanların elementar haqlarına laqeyd yanaşırsa, bu, hər zaman tənqidlə qarşılanırdı. Sözügedən qərar indiki zamanda hər halda irəliyə doğru atılmış bir addım sayılmalıdır. Çünki Azərbaycan türkləri İranda çoxluq təşkil edən xalqdır. Hüquqları var ki, öz dillərində təhsil alsınlar, öyrənsinlər və müəyyən qədər öz milli kültürlərini inkişaf etdirsinlər. Çox təəssüf ki, indiyə qədər buna imkan verilmirdi. Amma bundan sonra çox güman ki, bu istiqamətdə müəyyən addımlar atılar və daha da irəliyə doğru hüquqların genişlənməsinin şahidi olarıq.

Bu addımın bir az gec atılmasının səbəbi İrandakı rejimlə bağlı idi. Həsən Ruhaninin insan haqları ilə bağlı fərqli mülahizələri olduğu üçün belə bir addım atmağı məqbul sayıb.  Bunun başqa səbəbi isə mənim fikrimcə odur ki, növbəti seçkilərdə azərbaycanlıların dəstəyini qazanmaq məqsədi güdülür. Amma bu addımı hər hansı niyyətlə atıbsa, müsbət bir hadisədir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024