Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-08-2016, 13:14)
ABŞ Natiq Cəfərlinin həbsindən narahatdır

 

"REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbs olunması xəbəri ABŞ-ı narahat edib. Həmçinin digər bir neçə fəalın Azərbaycanda həbs olunması bizi narahat edir".
  Mediatv.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Tonerin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, ABŞ Azərbaycan hökumətini fundamental hüquqlardan yararlanmalarına görə həbs olunan fəalları azadlığa buraxmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır.
"Biz Azərbaycan hökumətini, xüsusilə 26 sentyabr Konstitusiya referendumu ərəfəsində dövlətin tutduğu istiqamətə dair açıq ictimai dialoqun inkişafına imkan yaratmağa çağırır, Konstitusiya dəyişikliklərınə dair birgə rəyin alınması üçün onları Venesiya Komissiyası və ATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təqdim etməyə təşviq edirik", - deyə bəyanatda vurğulanır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024