Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-06-2016, 10:47)
İqbal Ağazadə: “Siyavuş Novruzov "molotov kokteyli" ilə kotleti ayıra bilmir”

İqbal Ağazadə: “Siyavuş Novruzov

 

 

YAP-ın icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilər barəsində açıqlama verib. 
Mediatv.az xəbər verir ki, S.Novruzov azvision.az saytına açıqlamasında bildirib ki, İqbal Ağazadənin həmin dairədən deputat seçilmə şansı sıfıra bərabər idi: “Onun Ağdaşdan deputat seçilmə şansı sıfıra bərabər idi. Birincisi, ağdaşlı seçicilər İqbal Ağazadə haqqında kifayət qədər məlumata malik deyildilər. İkincisi, İqbal Ağazadə orada yaşamayıb, fəaliyyət göstərməyib. Üçüncüsü, partiyanın rayon təşkilatı geniş nüfuza malik deyil. Bu baxımdan, harada dairə boşaldı, oradan namizədliyini irəli sürmə prinsipi seçki praktikasından kənardır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a açıqlamasında S.Novruzovun bu fikirlərinə münasibət bildirib. 
İ.Ağazadə söyləyib ki, Siyavuş Novruzovun seçkidən xəbəri yoxdur: “Siyavuş Novruzova nə deyə bilərəm ki..? Adam hələ “molotov kokteyli” ilə kotleti ayıra bilmir. Seçki ilə bağlı Siyavuş Novruzovun düşüncəsi bu qədərdir. Ondan o tərəfə deyil. Ümumi seçkilərlə bağlı mövqeyimizi ifadə etmişik. Kifayət qədər də faktlarımızı mətbuatda sadalamışıq. Siyavuş  Novruzov təəssüf ki, hər şeyə ironik yanaşır. Hesab edir ki, bu yanaşma hər zaman doğru olur. Onun yanaşmalarından belə çıxır ki, bu adamın ümumiyyətlə, seçkidən xəbəri yoxdur. Və seçki haqqında heç bir məlumata sahib deyil”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024