Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-06-2016, 14:12)
İqbal Ağazadə yenə deputat ola bilmədi

İqbal Ağazadə yenə deputat ola bilmədi

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsini açıqlayıb 

Mediatv.az xəbər verir ki, M. Pənahov deyib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə bütün seçki məntəqələri, yəni 40 seçki məntəqəsi hesabat verib.

Beləliklə, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə lider namizəd 85,56 faiz səslə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov olub. İkinci yerdə qərarlaşan Ümid Partiyasının namizədi İqbal Ağazadə 7,84 faiz səs toplayıb.

Qeyd edək ki, seçkidə 1 yer uğrunda 7 deputatlığa namizəd – Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər – Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov ("Azəravtoyol” ASC-nin "Yolların Mühafizəsi Xidməti” MMC, baş mütəxəssis), Rəşid Gözəlov ("Azərpoçt” MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimli (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim) mübarizə aparıb.

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə seçici fəallığı 57,9 faiz olub, qeydiyyatda olan 40203 seçicidən 23292 seçici səs verib.

Politika.Az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024